Parakarateçilərimiz Avropa çempionatında üç bürünc medalla dönürlər

24.05.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Parakarate üzrə Azərbaycan millisinin üzvü Vidadi Xalıqov Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, K30 kateqoriyasında mübarizə aparan idmançımız yarışı bürünc medalla başa vurub.

Vidadi Xalıqov üçüncü yer uğrunda görüşdə yunanıstanlı Lampos Karantonakisi (Lampos Karantonakis) məğlub edərək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatında dünən keçirilən qarşılaşmada Fərrux Qaybaliyev və Aysel Əhmədli də bürünc medal qazanıblar.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью