Paralellər aparmağı doğru hesab etmirəm Kurban Berdıyev

01.02.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"İki xal itirmək məyusedici faktdır. Amma nəzərə alaq ki, 10 nəfərlə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir".

QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 21-ci turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb:

- Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?

- Xeyr, birinci dəfədir.

- Autsayderlər "Kəpəz" və "Səbail"lə oyunlarda xal itkilərinin səbəbi nədir?

- İkisi də fərqli oyundur. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Paralellər aparmağı doğru hesab etmirəm.

- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?

- Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlədə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.

- Emmanuel Hakmanın durumu necədir? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?

- Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik. (sportal.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью