Paralimpiyaçılarımızdan Tunis Qran Prisində növbəti medal

17.06.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


Tunisin eyniadlı paytaxtında Paraatletika üzrə Beynəlxalq Qran-Pri davam edir.

Paralimpiya çempionu paraatletimiz Oloxan Musayev nüvəitələmə yarışında F55 kateqoriyasında 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib və gümüş medal qazanıb.
Qeyd edək ki, daha əvvəl milli komandamızın digər üzvü Rüfət Rəfiyev də F36 kateqoriyasında gümüş medala sahib olub.

16-19 iyun tarixlərində keçirilən Tunis Qran-Prisində ölkəmizi nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da qüvvələrini sınayacaqlar.

Milli komandamıza baş məşqçi Oleq Panyutin rəhbərlik edir.

Qabil YUSİFOĞLU 
XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью