Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Maltada keçirilən “Avropa açıq” üzgüçülük yarışında uğurlu nəticə göstəriblər.
Komitədən verilən məlumata görə, Azərbaycan təmsilçiləri 4x50 metr məsafəyə sərbəst üsulla komanda estafetində 3 dəqiqə 14,55 saniyə nəticə ilə 1-ci olublar.
Atletlər fərdi yarışlarda da mükafatçılar sırasında yer alıblar. Mirqayıb Rəsulov 50 metr məsafəyə “batterflay” və sərbəst üsulla üzmədə gümüş medal qazanıb. Georgi Qəniyev 50 metr arxasıüstə üzmədə 2-ci, sərbəst üsulda isə 3-cü olub. Ağasəlim Abdullayev 25 metr brass üsulunda 2-ci, 50 metr məsafədə isə 4-cü yeri tutub. Məhəmməd Əli 50 metr arxasıüstə üzmədə 3-cü, sərbəst üsulda isə 6-cı olub.
Qabil YUSİFOĞLU
XQ