Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Paramount Skydance" şirkəti "Warner Bros. Discovery"ni ("WBD") almaq üçün təklif hazırlayır.
Axşam.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Əgər bu razılaşma baş tutarsa, bu, ABŞ mediasektorunda ən böyük birləşmələrdən biri olacaq.
Mümkün birləşmə nəticəsində "Warner Bros." kinostudiyası, "CNN" telekanalı, "DC Comics" franşizası və "HBO" da daxil olmaqla bir sıra məşhur brendlər vahid çətir altında birləşəcək.
Məlumata görə, "Paramount" əsasən nağd şəkildə olan təklif hazırlayır və bu prosesə Ellison ailəsi dəstək verir.
Xəbərlərin fonunda "WBD"nin səhmləri təxminən 34% bahalaşıb, cümə axşamı günü 29% artımla bağlanıb.