Paraplanla İrandan narkotik keçirmək istədilər

14.09.2026

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində saat 03:11-də İran İslam Respublikasından Azərbaycan Respublikasına paraplan vasitəsilə atılan ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью