Paraqvay prezidenti G20 sammiti zamanı xəstəxanaya APARILDI

19.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Paraqvay prezidenti Santiaqo Pena sinə ağrıları səbəbindən Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Ultima Hora" qəzeti xəbər verib.
Məlumata görə, dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib. Pena xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub.
Elektrokardioqramma nəticəsində anomaliya aşkarlanıb və prezidentin özəl xəstəxanaya göndərilməsinə qərar verilib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью