Paraqvay Prezidenti G20 sammitində xəstəxanalıq oldu

19.11.2024

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Paraqvay Prezidenti Santiaqo Penya sinə ağrısı səbəbilə Rio-de-Janeyroda keçirilən G20 zirvəsini təcili yardım maşını ilə tərk edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Ultima Hora” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 46 yaşlı dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib.

Penya xəstəxanaya yerləşdirilməzdən əvvəl sammitin keçirildiyi Müasir İncəsənət Muzeyində həkimlər briqadası tərəfindən müayinə olunub. Daha sonra Rio-de-Janeyroda yerləşən “Samaritano” xəstəxanasına aparılıb.

Dövlət başçısının müşahidə üçün bir gün klinikada qalacağı deyilir. 

Paraqvayın vitse-prezidenti Pedro Alliana prezidentlə danışdığını, vəziyyətinin yaxşı olduğunu və tibbi müayinələrin nəticələrini gözlədiyini bildirib.

Onun sammitdə iştiraka davam edəcəyi ilə bağlı məlumat verilmir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью