Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Paraqvay Prezidenti Santiaqo Penya Rio-de-Janeyroda keçirilən G20 zirvəsini yarımçıq tərk edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Santiaqo Penya ürəyində ağrılar səbəbindən təcili yardım maşını ilə "Samaritano" xəstəxanasına aparılıb.
Paraqvayın birinci xanımı Letisiya Okampos sosial şəbəkə hesabında qeyd edib ki, prezident həkim müayinəsindən keçib, hazırda özünü yaxşı hiss edir.