Paraqvay senatoru Mbappeni yenidən hədələdi

08.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Paraqvay senatoru Mbappeni yenidən hədələdi

Paraqvay senatoru Selesta Amarilya Fransa millisinin hücumçusu Kilian Mbappe ilə bağlı növbəti dəfə sərt açıqlama verib.

QOL.az xəbər verir ki, o, "ABC Cardinal" radiosunun efirində fransalı futbolçuya üzrxahlıq etməli olduğunu bildirib: 

"Ona məktubumu oxumağı məsləhət görərdim, əgər oxumağı bacarırsa. Həm də paraqvaylılarla ehtiyatlı olmasını tövsiyə edərdim. Ronaldinyo vaxtilə burada həbsdə olub. Mbappe də məni qiymətləndirməlidir. Mən onu gender və siyasi zorakılığa görə məhkəməyə verə bilərəm. O, məndən üzr istəməlidir".

Xatırladaq ki, senator daha əvvəl DÇ-2026-nın 1/8 finalında Fransa - Paraqvay matçından sonra Mbappeni Paraqvay millisinin qapıçısı Orlando Xillə əl sıxmamasına görə təhqiredici ifadələrlə tənqid etmişdi. Futbolçunun cavabından sonra Amarilya onu həbslə hədələmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью