Paraqvayda millinin uğuruna görə tətil elan edildi

30.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Paraqvayda millinin uğuruna görə tətil elan edildi

Paraqvay prezidenti Santyaqo Penya milli komandanın futbol üzrə DÇ-2026-da millinin 1/8 finala yüksəlməsi münasibətilə ölkədə istirahət günü elan edib.

QOL.az xəbər verir ki, Paraqvay yığması 1/16 finalda Almaniya millisini penaltilər seriyasında məğlub edərək (əsas vaxt – 1:1, penaltilər – 4:3) sensasiyaya imza atıb.

Prezident Penya bu münasibətlə X sosial şəbəkəsində paylaşım edib.

“Bu gün bütün ölkə bayram edir. Millimizin qələbəsini qeyd edirik. Bu uğur xalqımızın döyüş ruhunu, inamını və heç vaxt təslim olmayan xarakterini əks etdirir.

6280 nömrəli fərman: Gözləməyi bacaranların yaxşı günü mütləq gəlir. İrəli, Paraqvay!” - deyə o yazıb.

Ölkə rəhbərinin paylaşıma əlavə etdiyi fərmana əsasən, iyunun 30-u Paraqvayda rəsmi istirahət günü elan olunub.

Qeyd edək ki, Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью