Paraqvayda Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub

05.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə ölkəmizə təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.

Təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş tutub.

Bu nailiyyət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı ənənələrin beynəlxalq səviyyədə qəbulunun və mədəni irsimizin geniş şəkildə tanıdılmasının növbəti təzahürüdür.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью