Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Paraqvay polisi təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu “Ueno Bank” işi ilə əlaqədar Paraqvayın keçmiş prezidenti Santyaqo Penyanı saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC Color” telekanalı məlumat yayıb.
Əməliyyat polis tərəfindən prokurorluğun verdiyi order əsasında həyata keçirilib.
Prokurorluq keçmiş dövlət başçısını səlahiyyətlərindın sui-istifadə etməkdə ittiham edib və onu “Ueno Bank” vasitəsilə vəsaitlərin mənimsənilməsində şübhəli bilib.
Əməliyyat noyabrın 6-da senatorların Penyanın impiçmentini təsdiqləmələri fonunda baş verib. Onun vəzifədən kənarlaşdırılmasının tərəfdarları keçmiş prezidenti “Ueno Bank”la əlaqələrinə görə maraqların toqquşmasında ittiham ediblər.
Keçmiş prezidentin hazırda ev dustaqlığlında olduğu bildirilir. Onun dindirilməsinin noyabrın 7-də baş tutacağı planlaşdırılır.
Qeyd edək ki, noyabrın 3-də Paraqvay Mərkəzi Bankı “Ueno Bank”ı müflis elan edib və oradakı bütün hesabları dondurub. Bankın müştəri bazasının təxminən 3 milyon olduğu təxmin edilir. Paraqvay əhalisinin sayı isə təxminən 7 milyondur.