Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər ən populyar ağrıkəsicinin insanlara təsirini araşdırıblar. Məlum olub ki, dərman yalnız ağrıya deyil, həm də davranışa təsir edir.
SİA xəbər verir ki, Ohayo Dövlət Universitetinin tədqiqatçıları iddia ediblər ki, parasetamol insan davranışına təsir edir.
Bu iddia 500-dən çox tələbənin iştirak etdiyi bir təcrübənin nəticələrinə əsaslanır. Onlardan bəzilərinə ya 1000 milliqram parasetamol - böyüklər üçün maksimum tək doza - və ya plasebo verilib.
Daha sonra onlardan şarları partlatmaq istənilib. Şar nə qədər böyükdürsə, mükafat da bir o qədər böyükdür. Əgər şar partlayırsa, mükafat əlindən alınır.
Məlum olub ki, parasetamolu daha tez-tez qəbul edən insanlar nəzarət qrupundakılara nisbətən daha riskli bir strategiya - şarı daha çox şişirdərək onun daha tez-tez partlamasına səbəb olmaq - seçiblər.
Bundan əlavə, subyektlərdən müxtəlif hipotetik vəziyyətlərdə risk səviyyəsini qiymətləndirmələri istənilib.
Bu təcrübədə dərmanın qəbulu subyektiv risk qiymətləndirməsində azalma ilə də əlaqəli idi.
Nəticədə, alimlər Sosial Koqnitiv və Affektiv Nevrologiyaya (SCAN) görə, parasetamolun qorxu hisslərini azaltdığı və insanları riskli qərarlara daha çox meylli etdiyi qənaətinə gəldilər.
Nazlı Almuradova