Parataekvondoçularımız açıq Türkiyə çempionatında HEYƏT

07.02.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan parataekvondoçuları açıq Türkiyə çempionatında mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, fevralın 8-də Antalyada keçiriləcək yarışda 5 təmsilçimiz dayanqa çıxacaq.

Turnirdə K-44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) güclərini yoxlayacaqlar.

Qeyd edək ki, E2 kateqoriyalı yarışda milli komandamız baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun mübarizə aparacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью