Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünya Parataekvondo Federasiyası yeni dünya reytinqini açıqlayıb.
Apasport.az xəbər verir ki, Azərbaycanın Paralimpiya çempionu İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində 495,75 xalla liderliyini qoruyub.
58 kq çəki dərəcəsində çıxış edən Paralimpiya Oyunlarının bürünc mükafatçısı Sabir Zeynalov isə iyun ayında iştirak etdiyi iki turnirdə qazandığı iki qızıl medal sayəsində reytinqini 381,15 xala yüksəldib. O, bir pillə irəliləyərək ikinci sıraya yüksəlib.
63 kq çəki dərəcəsində Amin Əliyev 52,91 xalla bir pillə irəliləyərək 21-ci yerə yüksəlib. Amin Şıxalıyev 39,71 xalla 23-cü pillədə qərarlaşıb.
80 kq çəki dərəcəsində mübarizə aparan Orxan Cəfərov isə 45,83 xalla 24-cü yerdəki mövqeyini qoruyub.
Qadınların 47 kq çəki dərəcəsində çıxış edən Səmayə Həsənova da irəliləyişə nail olub. O, 42,32 xalla iki pillə yüksələrək reytinqdə 20-ci sıraya yerləşib.
Taekvondoçumuzdan qızıl medal Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar Taekvondoçumuzdan bürünc medal Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb