Parataekvondoçumuz beynəlxalq turnirin finalında

08.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Cənubi Koreyanın Çxunçxon şəhərində parataekvondo üzrə Açıq Çelenc Turnirinə start verilib.

Apasport.az xəbər verir ki, ilk gün tatami üzərinə çıxan idmançılarımızdan Sabir Zeynalov uğurlu çıxışı ilə yadda qalıb.

58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyet, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonov üzərində qələbə qazanaraq yarışın final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar Taekvondoçumuzdan bürünc medal Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью