Parataekvondoçumuzdan möhtəşəm uğur Dünya çempionu oldu

20.11.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Apasport.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb.

20 yaşlı paralimpiyaçımız 1/8 finalda hindistanlı Mohit Sinqhi, 1/4 finalda monqolustanlı Tyemirbyek Xaulyeti, yarımfinalda isə taypeylı Syao Syan-veni məğlub edərək finala yüksəlib.

Sabir həlledici görüşdə son Paralimpiya çempionu, israilli Asaf Yasuru üstələyərək dünya çempionu tituluna yiyələnib.

Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb Azərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvondoçusu Qətərdə gümüş medal qazanıb Taekvondoçularımız Qətərə yollanıblar Taekvondo üzrə dan imtahanı keçirilib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью