Paraüzgüçülərimiz Belarusda keçirilən Açıq Kubokuna qatılıblar

20.02.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Brest şəhərində Belarus Açıq Paraüzgüçülük Kuboku keçirilir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Yarışda ölkəmizi S12 kateqoriyasında Raman Salei və Səlim Məmmədov, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçülər Əli Vəliyev və Murad Məmmədov təmsil edirlər.

Qeyd edək ki, paralimpiyaçılarımızı turnirə məşqçilər Fyodor Kirillov və Faiq Əsgərov hazırlayıblar.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью