Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Paraüzgüçülük üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, Raman Salei, Əli Vəliyev və Murad Məmmədov məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi ilə avqustun 19-dan Gəncə İdman Sarayında təlim-məşq toplanışındadır.
Sentyabrın 4-dək davam edəcək hazırlıq prosesi Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, qitə çempionatı sentyabrın 7-12-də Türkiyənin Kocaeli şəhərində keçiriləcək.
İdmançımız dünya reytinqində 2 pillə irəliləyib Millilərimiz Gədəbəydə təlim-məşq toplanışına start verib Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb Ölkə çempionatının açılış mərasimi keçirilib "Ganja Cup 2026" üzgüçülük yarışı yekunlaşıb