Parfenon məbədindən dayaq konstuksiyaları götürüldü

15.10.2025

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yunanıstanın Afina şəhərində yerləşən Parfenon məbədi 20 illik təmir işlərindən sonra müvəqqəti olaraq dayaq konstruksiyalarından azad edilib və ziyarətçilər abidəni tam görünüşü ilə görə bilirlər.

Kulis.az xəbər verir ki, eradan əvvəl 5-ci əsrə aid bu tarixi abidənin üzərindəki dəmir dayaqlar estetikanı müəyyən dərəcədə gizlətsə də, təmir işləri üçün zəruri idi.

Dayaq konstruksiyalarının yenidən qurulması planlaşdırılır və restavrasiya işlərinin 2026-cı ilin yazına qədər tamamlanması gözlənilir.

Qeyd edək ki, bu məbəd Yunanıstanın ən çox ziyarət edilən turizm məkanlarından biridir və 2024-cü ildə təxminən 4,5 milyon turist bu tarixi ərazidə olub.

"Özünün yazdığı nədir ki, başqalarını da təhlil edir?" - Tənqidçilərdən əvəz çıxmağa çalışanlar... Azərbaycan bu yarışdan imtina etdi 18-ci İstanbul Biennalesi başlandı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью