Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları qazandıqları medall
Artıq 100-dən çox medal turnirin Təşkilat Komitəsinə göndərilib. Buna medalların keyfiyyətini itirməsi səbəb olub.
Apasport.az xəbər verir ki, problem Azərbaycan idmançılarından da yan keçməyib.
Belə ki, Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo üzrə gümüş mükafatçısı Qaşım Maqomedov da eyni problemlə üzləşib.
O, medalının keyfiyyətini itirdiyini bildirib: "Medalı qazandığım andan ona çox həssas yanaşırdım.
Bu müddət ərzində onu xüsusi çantada saxlayırdım. Təxminən iki ay çantada saxladım. Arada ona baxırdım, bəzən heyran olurdum.
Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına gələndə düşündüm ki, ehtiyat üçün özümlə götürüm.
Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasının hansısa tədbirində lazım olar deyə, onu özümlə götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb.