“Paris 2024”ün medalları yenisi ilə əvəz olunur

25.02.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 fevral, AZƏRTAC

Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı və sonradan aşınmaya məruz qalan medalların geri qaytarılması ilə bağlı işlərə start verilib.

Milli Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) məsələ ilə bağlı medalların istehsalçısı olan, LVMH şirkətinin tərkibində fəaliyyət göstərən “Chaumet” zərgərlik evinə müraciət edib.

Şirkətdən bildirilib ki, sifariş növbəyə alınıb və aşınmaya məruz qalan medalların dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilir. Hazırda Azərbaycan idmançılarının aşınmaya medallarının dəyişdirilməsi növbəsi çatıb.

Bu günlərdə Milli Olimpiya Komitəsi medalları Fransaya göndərəcək və onlar yenisi ilə əvəz olunacaq.

İlk növbədə taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşi üzrə mükafatçı Həsrət Cəfərovun medallarının göndərilməsi təmin ediləcək.

Məlumata görə, yeni medalların hazırlanma müddəti təxminən 3-5 həftə davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью