Paris ABŞ nin Kiyevə silah göndərmə təşəbbüsündə iştirak etmir

16.07.2025

Operativ MM saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək ABŞ silahlarının Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Fransa prezidenti Emmanuel Makron uzun müddətdir ki, avropalıların avropalı istehsalçılardan silah almaqla öz müdafiə istehsalını təşviq etməsini müdafiə edir.

“Paris bu səbəbdən ABŞ silahlarının alınması təşəbbüsünə qoşulmayacaq”, - nəşr yazır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью