Paris aranı qarışdırmaq üçün hərəkətə keçdi: Türklərlə kürdlər arasında...

19.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Fransa Türkiyə ilə Suriyanın şimal-şərqindəki kürdlər arasında razılıq əldə etməyə çalışır.

Publika.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib. O vurğulayıb ki, kürdlər istənilən siyasi keçid prosesinin bir hissəsi olmalıdır. Onun sözlərini “Reuters” sitat gətirib.

“Biz əminik ki, hər kəsin maraqlarını təmin edəcək razılaşma tapıla bilər. Biz bunun üzərində işləyirik”, - deyə Barro əlavə təfərrüatlar verməkdən imtina edib.

Onun sözlərinə görə, prezident Emmanuel Makron bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bildirib.

Tural

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью