Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu barədə Fransa Prezidenti Emmanuel Makronun Yaxın Şərq məsələləri üzrə xüsusi müşaviri Ofer Bronxteyn İsrailin "Kanal 12" telekanalına müsahibəsində danışıb. Müşavir diqqətə çatdırıb ki, hökumət, eyni zamanda, paytaxt Parisdə Fələstin səfirliyinin açılmasını da nəzərdə tutur.
Onun sözlərinə görə, hazırda Fələstin problemi ilə əlaqədar İsrail və Fransa arasında diplomatik gərginlik mövcuddur.
(Fransa Prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi müşaviri Ofer Bronxteyn)
"Hər halda, məsələ ilə əlaqədar müvafiq müzakirələr aparılmaqdadır. Nəzərə alsaq ki, Paris sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini tanımaq qərarını açıqlayacaq, onda səfirliklərin təsisi də təbii addımdır", – Bronxteyn deyib.
Müşavirin fikrincə, Fransa səfirliyi İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərində, yəni Fələstinin inzibati paytaxtında açıla bilər.
Digər tərəfdən, Fransanın İsraildəki səfirliyi Ofer Bronxteynin fikirlərinə hələlik şərh verməyib.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Onun sözlərinə görə, hazırda Fələstin problemi ilə əlaqədar İsrail və Fransa arasında diplomatik gərginlik mövcuddur.