Paris Hiltonun evi yanıb kül oldu

09.01.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məşhur amerikalı aktrisa və sahibkar Paris Hiltonun Malibunun Palisades bölgəsində yerləşən evi baş verən yanğında tamamilə məhv olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki,  yanan ev Hiltonun əsas yaşayış yeri olmayıb.

"Ürəyim ağrıyır, bunu sözlə ifadə etmək çətindir. Ailəmlə birlikdə oturub xəbərləri izləmək və Malibudakı evimizin yandığını canlı şəkildə görmək, heç kimin yaşamaq istəməyəcəyi bir təcrübədir," - deyə aktrisa açıqlama verib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью