Paris klubu üçün antirekord

20.04.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Paris klubu üçün antirekord

Fransa Liqa 1-də PSJ "Lion"a 1:2 hesabı ilə məğlub olub. 

QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin məlumatına görə, Paris təmsilçisi bu mövsüm Liqa 1-də artıq beşinci məğlubiyyəti ilə üzləşib. Bu isə komandanın əvvəlki iki mövsümün cəmindəki məğlubiyyət sayından daha çoxdur. Belə ki, PSJ son iki mövsümdə ümumilikdə cəmi 4 dəfə uduzub.

Buna baxmayaraq PSJ hələ də turnir cədvəlinə başçılıq edir. Paris klubunun 28 oyundan sonra 63 xalı var və komandanın ehtiyatda daha iki matçı qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью