Paris Luvr Muzeyində oğurluqdan sonra pəncərələrə barmaqlıqlar quraşdırıldı

24.12.2025

Dogru.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Soyğundan iki aydan çox vaxt keçdikdən sonra Parisdəki Luvr Muzeyinin pəncərələrinə barmaqlıqlar quraşdırılıb.

Doğru.az  xəbər verir ki, “Le Monde” qəzetinə görə, tədbirlər “təcili” xarakter daşıyır.

Muzeyin direktor müavini Frensis Steynbok bildirib: “Bu, oğurluqdan sonra görülən təcili tədbirlərdən biridir.”

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Luvr Muzeyindən 8 000-dən çox brilyant və 212 mirvari oğurlanmışdı. Həmçinin Fransa prezidenti Emmanuel Makronun iqamətgahından külli miqdarda bıçaq və çini əşyalar oğurlanıb.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью