Paris Makronun Zelenski və Starmerlə Vaşinqtona mümkün səfəri barədə məlumatı təkzib edib

05.03.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Yelisey sarayı Fransa prezidenti Emmanuel Makronun Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birlikdə yaxın vaxtlarda ABŞ-yə mümkün səfəri barədə məlumatı təkzib edib.

“Report” xəbər verir ki, Yelisey sarayında hökumət nümayəndəsinin açıqlaması təkzib edilib və hazırda Fransa rezidentinin Vaşinqtona yeni səfərinin planlaşdırılmadığı bildirilib.

Daha əvvəl Fransa hökumətinin mətbuat katibi Sofi Prima Makronun Zelenski və Starmerlə birlikdə qısamüddətli perspektivdə ABŞ-yə səfər etmək imkanının nəzərdən keçirildiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью