Icma.az bildirir, Axar.az portalına istinadən.
Parisin meri Emmanuel Qrequar bütün gecəni “GTA VI”oynadığı üçün Şəhər Şurasının iclasına gecikib.
Axar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumata görə, mer özünün sosial şəbəkə səhifəsinin hekayə bölməsində oyunla bağlı “Let’s Go!!!!” (Getdik) ifadəsini paylaşıb.
Səhər isə o, şuranın saat 9:00-da başlayan iclasına gecikib və iclasa yalnız günorta saatlarında qatılıb.
Fransa mətbuatı yazır ki, mer iclas zamanı da yuxulayıb.