Paris məşqçi dəyişikliyinə hazırlaşır

29.06.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Fransa təmsilçisi "Paris" yeni baş məşqçi təyinatına yaxındır. Sport24.az xəbər verir ki, klub ingiltərəli mütəxəssis Liam Roseniorla danışıqlar aparır.
Bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Tərəflər arasında iki illik müqavilənin imzalanması istiqamətində müzakirələr davam edir. 40 yaşlı çalışdırıcı komandanın "sükanı arxasında" Antuan Kombuareni əvəzləməyə əsas namizəddir. Roseniorun dərhal məşqçiliyə qayıtmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, Liam Rosenior son olaraq "Çelsi"də çalışıb. O, bundan əvvəl isə "Strazburq"un baş məşqçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью