Paris muzeyinə ekskursiya zamanı məhbus qaçdı

31.01.2025

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Fransada məhbus muzeyə ekskursiya zamanı həbsdən qaçıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "France 3" televiziyası məlumat yayıb .

Yanvarın 29-da Vilpint həbsxanasında cəza çəkən altı məhbusdan ibarət qrup Parisdəki muzeyə ekskursiyaya gediblər. Qrupu beş mühafizəçi və bir həbsxana gözətçisi izləyib.

Ağır cinayətdə təqsirli bilinən 28 yaşlı gənc prokurorluğun qadağasına baxmayaraq, səfərdə iştirak edə bilib. O, mühafizəçilərin gözündən yayınaraq qaça bilib.

İki günlük axtarışlardan sonra onu tapmaq mümkün olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью