Icma.az bildirir, Xalq qazeti portalına istinadən. Fransa Prezidenti Emmanuel Makronun Çinə səfəri bu həftə beynəlxalq gündəmin ən diqqətçək
Əslində, Makronun Pekinə gedən təyyarəsi bütün Avropanın geosiyasi narahatlıqlarını və iqtisadi tələblərini özündə daşıyır.
Beynəlxalq sistemdə eyni anda bir neçə kritik prosesin üst-üstə düşməsi Makronu Pekinlə birbaşa dialoqa məcbur edir.
Gəlin, bu səfərin əsas komponentlərinə birlikdə baxaq. Beləliklə, Makronun Çinə səfərinin ən həssas istiqaməti Ukrayna müharibəsidir.
Paris uzun müddətdir ki, münaqişədə yalnız hərbi və maliyyə dəstəyi ilə kifayətlənməyin mümkün olmadığını görür.
Müharibə uzandıqca Avropanın təhlükəsizlik sistemində çatlar dərinləşir, siyasi vahidlik zəifləyir, ABŞ-ın diqqəti isə Yaxın Şərq və Asiya istiqamətində parçalanır.
Belə bir şəraitdə Makron başa düşür ki, Ukrayna məsələsində fərqli ünsiyyət kanalına ehtiyac yaranıb və bu kanal, nə qədər paradoksal səslənsə də, Pekindən keçir.
Bəs Fransa lideri niyə hesab edir ki, Çin bu prosesdə xüsusi rol oynaya bilər?