Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Beş il öncə yanğın nəticəsində ciddi zərər görən Paris Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimi baş tutub.
Bizim.Media xəbər verir ki, mərasimdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp, Böyük Britaniya şahzadəsi Uilyam, Ukrayna prezidenti Volodimir Zelenski, Gürcüstan lideri Salome Zarubaşvili, amerikalı milyarder İlon Mask və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək kilsədə 2019-cu ildə naməlum səbəbdən kütləvi yanğın baş verib. Orta əsr Gotic şah əsərinin bərpası beş il çəkib. Bərpa işlərinə 2000 sənətkar və işçi cəlb edilib, yüz milyonlarla dollar xərclənib.
Bizim.Media