Paris Olimpiadasında verilən medalları lağa qoydular: keyfiyyətsiz, Eyfeldən sökülən...

30.12.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Fransa üzgüçülərü 2024-cü il Paris Olimpiadasında qazandıqları bürünc medalları aldıqdan cəmi altı ay sonra onların ciddi aşınmasından şikayətləniblər. İdmançılar sosial şəbəkələrdə korlanmış mükafatların fotolarını yayıblar.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, üzgüçü Kleman Sekki medalın bürünc örtüyünün soyulması ilə daha çox timsah dərisindən hazırlanmış məhsula bənzədiyini bildirib.

Başqa bir üzgüçü Yoan Dnoye Brur da medalının acınacaqlı vəziyyətindən şikayətlənib. Onun fikrincə, bu medallar sanki Eyfel qülləsindən sökülən konstruksiyalardan hazırlanıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью