Paris Olimpiadasının iştirakçıları 100dən çox qüsurlu medalı geri qaytardı

13.01.2025

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


2024-cü il Paris Olimpiadasında iştirak edən idmançılar 100-dən çox qüsurlu medalı Oyunların təşkilat komitəsinə qaytarıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Lettre” məlumat yayıb.
Nəşr xatırladır ki, 2024-cü il Oyunlarından qısa müddət sonra mükafat alan bəzi idmançılar sosial mediada medalın yuxarı qatının getdiyindən şikayətləniblər.
“La Lettre” yazıb ki, medallarla bağlı problemlər Paris Sikkəxanasının mükafatların hazırlanmasında istifadə etdiyi keyfiyyətsiz lakla bağlıdır. Qalmaqal fonunda istehsal və keyfiyyətə cavabdeh olan üç top-menecer işdən çıxarılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью