Paris Olimpiya medalları geri qaytarılır

13.01.2025

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya və Paralimpiya Oyunlarında medal qazanan yüzdən çox idmançı onları keyfiyyətsiz olduğuna görə geri qaytarıb.

Axşam.az xəbər verir ki, bu barədə "La Lettre" nəşri məlumat yayıb.

Qeyd olunub ki, medalları hazırlayan Paris Sikkəxanası artıq üç aparıcı mütəxəssisi işdən çıxarıb.

Xatırladaq ki, avqustda fransalı üzgüçü Maksim Qrusse və amerikalı skeytbordçu Nica Hyuston medalların keyfiyyətsizliyindən şikayət etmişdilər. Onların medalları yarışdan cəmi iki həftə sonra çatladığını və soyulduğunu bildrimişdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью