Paris və Ər Riyad HƏMAS ın tərksilahı planını hazırlayırlar

22.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Fransa və Səudiyyə Ərəbistanı Fələstinin HƏMAS hərəkatının tərksilahı layihəsi üzərində işləyirlər.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verib.

"Müzakirələrlə tanış olan şəxslərin sözlərinə görə, Fransa və Səudiyyə Ərəbistanı İran tərəfindən dəstəklənən HƏMAS qruplaşmasının tərksilahı layihəsi üzərində işləyir, onun demobilizasiyasına yol açırlar", - deyə mənbədən bildirilib.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanının rəsmiləri bu təşəbbüs çərçivəsində HƏMAS nümayəndələri ilə dialoqa giriblər.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, bu təklifin məqsədi HƏMAS-ı yalnız siyasi struktura çevirmək, eyni zamanda, Fələstinin gələcək idarəetmə sistemində rol oynamaq hüququna malik olmasını təmin etməkdir.

Mənbələr hesab edirlər ki, HƏMAS-ın siyasi rolunun qorunması onun silahı təhvil verməyə razılaşması şansını artırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью