Paris və Kiyev Ukraynada idarə olunan bomba və raketlər istehsal edəcəklər

13.07.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa və Ukrayna idarə olunan AASM bombalarının, "Aster 30" zenit raketlərinin və "Scalp" qanadlı raketlərinin Ukraynada lisenziyalı istehsalı barədə razılığa gəliblər.

Moderator.az-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bu barədə Parisdə "İstəklilər Koalisiyası"nın iclasından sonra jurnalistlərə bildirib.

"Biz A2SM, "Aster 30" və "Scalp"ın yeni imkanları üçün lisenziyalaşdırma razılaşmaları barədə razılığa gəldik ki, bu da bizə Ukrayna ərazisində tərəfdaşlarımızla birlikdə bu silahları daha tez yaratmağa imkan verəcək", - o bildirib.

E.Makronun sözlərinə görə, radar sistemləri və əlavə raketlər də Ukraynaya köçürüləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью