Parisdə 300 ə yaxın azarkeş həbs edildi

01.06.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının finalında PSJ-nin “İnter” üzərində 5:0 hesablı qələbəsindən sonra Parisdə fransalı azarkeşlər iğtişaş törədib. SİA xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Mənbənin sözlərinə görə, iğtişaşlar əsasən şəhərin mərkəzində baş verib. Bildirilir ki, əlliyə yaxın adam avtobusun arxa şüşəsini sındırıb. Avtomobildə olan sürücü xəsarət almayıb. Yelisey meydanında avtomobil yandırılıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınıb. Bundan əlavə, bir neçə nəfər ayaqqabı mağazasına daxil olub. Port de Sen-Kluda iki avtomobil yanıb. Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Polisin son məlumatlarına görə, bayram şənlikləri zamanı Parisdə 294 nəfər həbs edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью