Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın paytaxtı Parisdə 500 küçə və prospekt hərəkətə bağlanacaq.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunun üçün Parisdə referendum keçirilib.
Plan çərçivəsində nəqliyyatın hərəkəti üçün bağlanacaq ərazilər də daxil olmaqla 10 min avtomobil dayanacağı söküləcək və onların yerində 170 min ağac əkiləcək.
Qərarı dəstəkləyənlər nəqliyyatın hərəkəti üçün bağlanan ərazilərin daha az səs-küylü olduğunu müdafiə edirlər. Bunun əleyhinə olanlar düşünür ki, yolların hərəkətə bağlanması nəqliyyat problemini həll etməyəcək.
Billurə Yunus