Parisdə aksiyaya 28 min nəfər qatıldı Video

17.11.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişə 28 min nəfər qatılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti paytaxt polis prefekturasına istinadən məlumat yayıb.
 

Aksiya başa çatdıqdan sonra polis etirazçılara qarşı çoxsaylı gözyaşardıcı qaz və kütləni dağıtmaq üçün nəzərdə tutulan qumbaralardan istifadə edib. Həmçinin polis əməkdaşlarının həmkarlar ittifaqlarının nümayəndələrini döydüyü bildirilir.


Məlumata görə, Fransanın Nant şəhərində keçirilən etiraz aksiyası zamanı tələbə polis tərəfindən atılan qumbaranın ağzı nahiyəsinə dəyməsi nəticəsində ağır xəsarət alıb. Yaralı universitet xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью