Parisdə Avropa İttifaqının bayrağını cırdılar

22.02.2025

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Parisdə Fransanın Avropa Birliyindən (AB) və NATO- dan çıxması tələbi ilə nümayiş keçirilib.

Teleqraf xəbər verir ki, aksiyada bir neçə yüz nəfər iştirak edib.

Aksiya Florian Filipponun rəhbərlik etdiyi "Patriotlar" partiyasının təşəbbüsü ilə baş tutub.

Siyasətçi özü bəyan edib ki, Fransanın Avropa İttifaqından çıxması ölkəyə öz milli maraqlarını müdafiə etmək imkanı verəcək.

Etirazçılar “Makron istefa”, “Frexit” və “Makron, öz müharibəni özün apar”, “Avropadan bezmişik”, “NATO-nu dayandırın”, və s. şüarlarlaə Fransa paytaxtının mərkəzindən keçiblər.

Bundan əlavə, yürüş zamanı Filippo nümayişkaranə şəkildə Aİ bayrağını cırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью