Parisdə balta ilə qatarın sərnişinlərinə hücum oldu

04.11.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Parisdə şəhərətrafı qatarda balta ilə hücumu nəticəsində 4 nəfər yaralanıb.

“Cebheinfo.az” “Euronews”a istinadən xəbər verir ki, bu gün yerli vaxtla səhər saat 8-də RER E qatar xəttində naməlum səbəbdən aralarında azyaşlılar da daxil olmaqla çoxlu adamın iştirakı ilə dava düşüb.

Hadisədə iştirak edənlərdən birinin başından, digərinin isə qol və ayaqlarından xəsarət aldığı müəyyən edilib.

Məlumata görə, daha iki nəfər də yüngül xəsarət alıb.

RER E rəsmisindən edilən şərhdə "Hazırda Ozoir stansiyasında olan TUVA qatarında baş verən insident qatarın platformada olmasını tələb edir. Polisin müdaxiləsini gözləyirik. Sizi məlumatlandırmaqda davam edəcəyik" deyilib.

Faktla bağlı əlavə məlumat verilməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью