Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21.11.2026

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Parisdə şənbə günü keçirilən etiraz aksiyalarında təxminən 21,5 min nəfər iştirak edib.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu məlumatı Paris Polis Prefekturası təqdim edib, Tələbə İttifaqı isə paytaxt aksiyası iştirakçılarının sayını 45 min nəfər olaraq qiymətləndirib.

Həmkarlar ittifaqlarının məlumatına görə, ölkə üzrə nümayişlərə ümumilikdə 150 min nəfər qatılıb. Aksiyalarda "sarı jiletlilər" hərəkatının, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalara 82 500 nəfər qatılıb. Nazirlik keçən həftə Fransa üzrə 106 000 və Parisdə 24 000 etirazçı qeydə alıb. Yürüşün, əsasən, dinc xarakter daşımasına baxmayaraq, Parisdə polis ilə razılaşdırılmış marşrutdan kənara çıxmağa çalışan ayrı-ayrı etirazçı qrupları arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq edərək icazəsiz yürüşlər təşkil etməyə çalışan maskalı şəxslərdən ibarət qrupları dağıdıblar.

Gərgin vəziyyət digər şəhərlərdə də müşahidə olunub. Prefekturanın 4,6 min iştirakçı qeydə aldığı Marseldə etirazçıların ayrıca bir qrupu əsas kolondan ayrılıb. Etirazçılar əmlaka ziyan vurub, yanğınlar törədib, o cümlədən avtomobilləri yandırıblar, buna cavab olaraq polis gözyaşardıcı qaz tətbiq edib.

Nantda polislə qarşıdurma baş verib, zibil qutuları yandırılıb. Bordoda aksiyada təxminən 4 min nəfər iştirak edib, həmçinin ayrı-ayrı toqquşmalar qeydə alınıb.

Etirazlar fonunda Fransa hakimiyyəti oktyabrın 17-də iğtişaşlar nəticəsində zərər çəkmiş müəssisələr üçün fövqəladə maliyyə yardımı almaq məqsədilə müraciətlərin qəbuluna başlandığını elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью