Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq. 22 oktyabr tanınmış fransız aktrisa Sara Bernarın doğum günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.
Dünyaşöhrətli teatr aktrisası olan Sara Bernar, xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşıb və sonra isə qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilib.
1844-cü ildə Parisdə Rozin Bernar olaraq doğulan aktrisa "Youle" kimi tanınan Yuli Bernar adlı, yəhudi əsilli hollandiyalı bir fahişənin evlilikdən kənar dünyaya gələn qızı olub.
Sara dolanışığını təmin edə bilmək üçün aktrisalıq və fahişəliklə məşğul olub.
Həmin zamanlarda hər iki peşə qalmaqallı hesab olunub, ancaq fahişəlik ictimai dairələrdə daha üstün peşə sayılıb və təhsilli olmağa bərabər tutulub.
Bu minvalla həmin peşə bəzi hallarda daha hörmət edilən, əlavə iş ola bilib.
O, 1859-cu ildə teatr təhsili üçün Paris Konservatoriyasında təhsil alıb.