Parisdə Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət olunub

20.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun məzarı ziyarət olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında paylaşım edib.

“20 Yanvar faciəsinin 35-ci ildönümündə görkəmli ictimai-siyasi xadim, ilk respublikasının qurucularından olan Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etdik. Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!”, - paylaşımda deyilir.

https://twitter.com/LAbdullayevaMFA/status/1881288617810854369

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью