Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Fransanın bir neçə böyük şəhərində kütləvi etirazlar davam edir. Bu etirazlar demək olar ki, mağazaların dağıdılmasına və genişmiqyaslı talanlara çevrilib. Sport24.az "FootRoom"a istinadən xəbər verir ki, Parisdəki iğtişaşlar zamanı talançılar mağazalardan birindən Lionel Messinin "Barselona"da çıxış etdiyi dövrə aid formasını, həmçinin onun Argentina millisinin kapitan sarğısını oğurlayıblar.
Hər iki əşyanın üzərində şəxsən Messinin imzası var.
Qeyd edək ki, saxlanılan talançıların sayı hazırda 2000-ə yaxınlaşıb.