Parisdə iğtişaşlar: Saxlanılanlar və xəsarət alanlar var VİDEO KONKRET

18.10.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Fransanın paytaxtı Parisdə baş verən iğtişaşlar zamanı azı 855 nəfər saxlanılıb. Limoges şəhərində isə daha 17 nəfər polis nəzarətinə götürülüb. Bu şəhərdə bir gün əvvəl radikalların yandırdığı meriya binasının zəng qülləsi uçub.

KONKRET.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. Parisdə 13 polis əməkdaşı və iki yanğınsöndürən yaralanıb.

İğtişaşlar zamanı etirazçılardan biri də həyatını itirib. Yürüş iştirakçılarından birinin vəziyyəti qəfil pisləşib və o, təcili tibbi yardım şöbəsində dünyasını dəyişib.

Eyni zamanda, Fransada qarət hallarının kəskin artdığı bildirilir. France 24 telekanalının məlumatına görə, bəzi şəxslər etirazlardan istifadə edərək Marseldə zərgərlik salonlarını, bahalı geyim mağazalarını, kosmetika dükanlarını və çörək sexlərini dağıdıblar. Yanğınsöndürənlər ayaqqabı mağazasında yanğının baş verməsinin qarşısını alıblar.

Lill şəhərində qarətçilər “Apple” mağazasına daxil olublar. Nitsada isə idman geyimləri mağazaları və motosalon qarət edilib.

Bundan başqa, bəzi etirazçıların oğurladıqları əşyaları küçələrə səpdikləri və mağazaların vitrinlərini sındırdıqları müşahidə olunub.

Günay Əli

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью